AZ

Azərbaycanda sənaye istehsalı artıb - CƏDVƏL

Azərbaycanda sənaye sektorunda 2026-cı ilin yanvar-mart aylarında 14,9 mlrd. manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2% çox sənaye məhsulu istehsal edilib.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, emal sənayesində 2026-cı ilin yanvar-mart aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, əczaçılıq məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, elektrik avadanlıqlarının istehsalı, toxuculuq sənayesi sahələrində olmuşdur.

Seçilən
2
10
apa.az

10Mənbələr