AZ

Çelsi brazilyalı futbolçuya elçi düşüb

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Çelsi" yay "transfer pəncərəsi" ərəfəsində heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir. Sport24.az "Sport Witness" nəşrinə istinadən xəbər verir ki, London klubu "Portu"nun vingeri Uilyam Qomeşlə yaxından maraqlanır.​Mənbənin sözlərinə görə, klub skautları həftəiçi "Portu"nun "Nottinqem Forest"lə keçirdiyi oyunu stadiondan canlı izləyərək, 21 yaşlı hücumçunun performansını yerində dəyərləndiriblər.​Qeyd edək ki, Uilyam Qomeş bu mövsüm "Portu"nun heyətində meydana çıxdığı 40 rəsmi matçda 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
sport24.az

1Mənbələr