AZ

Manenin uşaqlığı yadına düşüb VİDEO

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Seneqal millisinin və “Əl-Nəsr”in ulduz futbolçusu Sadio Mane maraqlı hərəkəti ilə gündəmə gəlib. Təcrübəli hücumçu uşaqlıq illərini xatırlayaraq məşqçilər korpusuna zarafat etmək qərarına gəlib.

İdman.Biz xəbər verir ki, Mane “Əl-Nəsr” bazasında məşqçilərin olduğu otağın, məxsusən baş məşqçi Jorji Jezuşun qapısını döyərək həmən ərazidən uzaqlaşıb və gizlənib. O, kənardan məşqçilərin bu hərəkətə necə reaksiya verəcəyini və qapını kimin açacağını maraqla gözləyib.

Lakin ulduz futbolçunun bir neçə dəfə cəhdinə baxmayaraq, bu şıltaqlığı gözlədiyi kimi alınmayıb. Otaqdakı məşqçilər qapının döyülməsinə məhəl qoymayaraq çölə baxmayıblar. Manenin “uşaqlıq planı” məşqçilərin diqqətsizliyi ucbatından boşa çıxıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
icma.az

1Mənbələr