BAKI, 14 aprel. TELEQRAF
2026-cı il birinci rübündə “AccessBank” QSC-nin cəmi öhdəlikləri 10.18% artaraq 1 milyon 525 min 679 manata çatıb, 2025-ci ilin birinci rübünün sonuna isə bu göstərici 1 milyon 384 min 625 manat təşkil edib.
Teleqraf xəbər verir ki, bank hesabat dövründə 12 milyon 995 min manat xalis mənfəət əldə edib, bu isə ötən illə müqayisədə 29.32% çoxdur.
Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 16 milyon 244 min manat olub.
Cari ilin mart ayının 31-nə bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 58.16% artaraq 356 milyon 741 min manat təşkil edib (2024-cü ildə - 225 milyon 571 min manat).