AZ

“Sabah” liderliyini möhkəmlətdi

Misli Premyer Liqasının XXVII turu başa çatıb. Son oyun günündə “Turan Tovuz” “Sumqayıt”la qarşılaşıb. Tovuz şəhər stadionunda ev sahiblərinin heyətində Filip Ozobiç 19-cu dəqiqədə hesabı açıb –1:0. Oyunun 50-ci dəqiqəsində Joarlem Santos fərq 2-yə çatdırıb.

64-cü dəqiqədə isə buraxılan qollardan birinin əvəzini çıxıb. Rayan Senhadjinin başla vurduğu qol qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib–2:1. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv xallarının sayını 52-yə çatdıraraq üçüncü pillədəki yerini möhkəmləndirib. “Sumqayıt” isə 32 xalla yeddincidir.

Turun əvvəlki matçlarında “Karvan-Yevlax” “Kəpəz”i (4:1), “Neftçi” “Araz-Naxçıvan”ı (2:1), “İmişli” “Qəbələ”ni (1:0) məğlub edib. “Şamaxı” – “Qarabağ” (0:0) və “Sabah” – “Zirə” (2:2) qarşılaşmalarında qalib müəyyənləşməyib.

Bu turdan sonra “Sabah” 66 xalla turnir cədvəlinə başçılıq edir. 2-ci pillədə yer alan “Qarabağ”ın 56 xallı var.

Qabil YUSİFOĞLU
XQ

 

Seçilən
3
1
xalqqazeti.az

2Mənbələr