ABŞ-nin dövlət katibi Marko Rubio ölkəsinin vasitəçiliyi ilə təşkil olunan İsrail və Livan arasındakı danışıqlarda iştirak edəcək.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" nəşri ABŞ Dövlət Departamentinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, görüş bu gün Vaşinqtonda baş tutmalıdır. Müzakirələr atəşkəs imkanları, "Hizbullah"ın tərksilah olunması, həmçinin sülh sazişi ətrafında aparılacaq.
"İsrail "Hizbullah"la müharibə aparır, Livanla yox. Buna görə də iki qonşu dövlətin danışıqlar aparmaması üçün heç bir səbəb yoxdur", - deyə nəşri məlumatlandıran nümayəndə söyləyib.
Qeyd olunur ki, görüşə ABŞ-nin Livandakı səfiri Mişel İssa, Dövlət Departamentinin müşaviri Maykl Nidhem, İsrailin Birləşmiş Ştatlardakı səfiri Yeçiel Leyter və Livanın ABŞ-dəki səfiri Nada Hamade Moavad qatılacaqlar.