AZ

İsrail vurdu: Ölənlər var

İsrailin Livanın cənubuna gecədən bəri həyata keçirdiyi hücumlarda 2 nəfər həyatını itirib.

"Cebheinfo.az"-ın  Livanın rəsmi xəbər agentliyi NNA-ya istinadən məlumatına görə, İsrail ordusu Livanın cənubundakı Tibnin qəsəbəsinə güclü zərbələr endirib.

Hücumlar nəticəsində qəsəbədəki dövlət xəstəxanasına ciddi ziyan dəyib.

Bundan əlavə, İsrail ordusu Nəbatiyə şəhərinə bağlı Deyr Əntar qəsəbəsində bir evi bombalayıb.

Livanın Sur şəhərinə bağlı Şabriha qəsəbəsində İsrail ordusunun hədəf aldığı evdə yanğın baş verib.

İsrail ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Surun Şehabiyə qəsəbəsinə də hücum edib.

Ordunun Batım və Mənsuri qəsəbələrinin dağlıq ərazilərini hədəfə aldığı, həmçinin Bafliyə qəsəbəsində çox sayda evi bombaladığı bildirilib.

Mülki müdafiə qrupları dağıntılar altında axtarış-xilasetmə işlərini davam etdirir.

İsrail ordusuna məxsus PUA Musaylih–Nəbatiyə yolunda bir avtomobili 2 raketlə vurub. Bu hücum nəticəsində 2 nəfər həyatını itirib.

Sayda şəhərinə bağlı Adlun qəsəbəsində İsrail ordusunun keçmiş bələdiyyə binasını hədəfə alması nəticəsində yaralananların olduğu bildirilib.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr