AZ

19 yaşlı azərbaycanlı futbolçu Avropa klublarının diqqətində

Azərbaycan I Liqasında çıxış edən “Difai Ağsu” klubunun 19 yaşlı futbolçusu Kamil Sadıqov Avropa klublarının maraq dairəsinə düşüb.

Ölkə.Az xəbər verir ki, gənc yarımmüdafiəçi ilə Portuqaliyanın “Eştoril” klubunun U-23 komandası, Polşanın “Rakow” klubunun B komandası, həmçinin Slovakiyanın “Pohronie” və “Zilina” kollektivləri maraqlanır.

Məlumata görə, futbolçunun karyerasını Slovakiyada davam etdirməsi daha real görünür. Bu baxımdan “Zilina” klubu əsas namizəd hesab olunur.

Qeyd edək ki, Kamil Sadıqov “Qarabağ” klubunun yetirməsidir.

Seçilən
13
2
olke.az

3Mənbələr