Vaşinqton İranın bütün zənginləşdirilmiş uran ehtiyatını ABŞ-a təhvil verməsində israr edir.
“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “Fox News” telekanalına belə deyib.
“ABŞ İranın Hörmüz boğazını açmaq üçün addımlar atmasını gözləyir. Bunu etməməsi danışıqların gedişatını kökündən dəyişdirəcək”, - deyə vitse-prezident bildirib.
Vens qeyd edib ki, Vaşinqton və Tehran arasında son danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib.