AZ

"Araz-Naxçıvan"ın legioneri: "Neftçi" bizdən daha yaxşı oynadı"

"Neftçi"yə qarşı çətin oyun oldu. Çünki güclü komandaya qarşı oynayırdıq. "Neftçi" çox yaxşı komandadır. Xüsusilə də son vaxtlarda qələbələri sıralayırdılar. Amma biz də yaxşı hazırlaşmışdıq, oyun üçün bəlli planımız var idi. Bəli, bu matçda onlar bizdən daha yaxşı oynadı. İkinci hissədə geri dönüş etməyə çox çalışdıq. Bir qol da vurduq. Lakin ikinci qolu vura bilmədik. Artıq bu matç geridə qaldı. Növbəti tura hazırlaşacağıq, yaxşı məşq edəcəyik ki, qalib gələk".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Şarl Boli deyib.

O, komandasının Misli Premyer Liqasının 27-ci turunun “Neftçi”(2:1) ilə görüşü barədə danışıb. 

Boli “Araz-Naxçıvan”ın avrokuboklar şanslarını da dəyərləndirib: “Əlbəttə ki, şansımız var. İnanırıq ki, avrokuboklara yollana biləcəyik. Çünki çempionat da hələ bitməyib, mövsüm davam edir, qarşıda 6 oyunumuz var. Sona qədər mübarizəmizi davam edəcəyik. Necə olacağını zaman göstərəcək”.

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
19
1
sportal.az

2Mənbələr