AZ

Məhkəmədən Trampla bağlı ŞOK QƏRAR – Rədd edildi!

Florida məhkəməsi ABŞ prezidenti Donald Trampın “The Wall Street Journal” nəşrinə qarşı qaldırdığı 10 milyard dollarlıq iddianı rədd edib.

NOCOMMENT.az xəbər verir ki, sözügedən iddia 2025-ci ilin iyul ayında dərc edilmiş bir məqalə ilə bağlıdır. Həmin yazıda Tramp tərəfindən qalmaqallı iş adamı Ceffri Epşteynə göndərildiyi iddia edilən bir açıqca barədə məlumat verilib. İddiaya görə, açıqcanın üzərində çılpaq qadın silueti və “Ceffri” ilə “Donald” arasında baş tutan qısa dialoq əks olunub.

ABŞ prezidenti belə bir açıqca göndərdiyini qətiyyətlə təkzib edərək nəşri məhkəməyə versə də, hakim iddianı təmin etməyib. Məhkəmə qərarında qeyd olunub ki, Donald Tramp jurnalistlərin bu məlumatı qərəzli və ya sui-istifadə məqsədilə yaydıqlarını sübut edə bilməyib.

Sara,
NOCOMMENT.az

Seçilən
16
nocomment.az

1Mənbələr