AZ

Sibiqa və Kallas Ukraynaya 90 milyard avroluq kreditin ayrılmasını müzakirə edib

BAKI, 14 aprel. TELEQRAF

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqının (Aİ) xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallasla Macarıstandakı seçkilərin nəticələrini və Kiyevə 90 milyard avroluq kreditin ayrılması məsələsini müzakirə edib.

Teleqraf xəbər verir ki, ukraynalı nazir bu barədəX-də məlumat verib.

Sibiqa Ukraynaya davamlı dəstəyi təmin etmək və Avropanı Rusiya təhlükəsindən qorumaq üçün 90 milyard avroluq kreditin ayrılmasının vacibliyini vurğulayıb.

Ukrayna xarici işlər naziri əlavə edib ki, Yaxın Şərqdə sabitliyin təmin olunması üçün koordinasiyalı beynəlxalq səylərin vacibliyi barədə Aİ rəsmisi ilə razılığa gəlib.

Sibiqa və Kallas həmçinin mülki əhalinin qorunması və vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

Seçilən
4
2
teleqraf.com

3Mənbələr