AZ

"Bu halda Tovuza voleybol şəhəri demək olar" - Həsən Zeynalov

"Turan" voleybol klubunun prezidenti Həsən Zeynalov qadınlardan ibarət Azərbaycan Yüksək Liqasının yarımfinalında "Gəncə"yə qalib gəldikləri oyunla bağlı danışıb. 

Fanat.Az xəbər verir ki, funksioner final şansları barədə fikirlərini də biıdirib:

"Mövsümün əvvəlində qarşımıza avrokuboklara düşmək məqsədi qoymuşduq. Artıq bunu bacardıq. Çempion olduqdan sonra Tovuza voleybol şəhəri demək olar. Təbii ki, azarkeşlər komandadan yüksək nəticə tələb edir. Bu tələbkarlığın nəticəsində oyunçular məsuliyyət daşıyır və bunun öhdəsindən gəlmək üçün əllərindən gələni edirlər. 

Finalda qalib gəlsək, karyeramın ən böyük uğurlarından biri olar. İnanıram ki, kuboku biz qazanarıq. Heç bir rəqibə yuxarıdan aşağı baxmırıq. Finalda şanslar 50-nin 50-yədir".

Qeyd edək ki, "Turan" yarımfinalda "Gəncə"ni hər iki görüşdə 3:0 hesabı ilə məğlub edərək finalda "DH Volley" kollektivinə rəqib olub.

Seçilən
14
2
fanat.az

3Mənbələr