ABŞ-İsrail müharibəsinin gələcək gedişatı Tehrandan asılıdır.
Herbiand.az xəbər verir ki, bu fikri ABŞ-ın vitse-prezidenti J.D. Vens Fox News-a verdiyi müsahibədə bildirib.
Vance bildirib: "Hazırda vəziyyət onların əlindədir. Siz soruşursunuz ki, bundan sonra nə olacaq. Düşünürəm ki, bundan sonra nə olacaq, iranlıların özləri müəyyən etməlidir."
O, əlavə edib ki, Pakistandakı danışıqlar ABŞ-ın münaqişədəki prioritetlərini dəqiq müəyyən edib. Bu baxımdan, o, xüsusilə qlobal neft ticarəti üçün vacib olan Hörmüz boğazının açılmasını misal gətirib.