AZ

Putin İndoneziya prezidentinə samovar hədiyyə edib

Rusiya prezidenti Vladimir Putin İndoneziyalı həmkarı Prabovo Subiantoya samovar hədiyyə edib.

Ucnoqta.az bildirir ki, bu barədə Antara xəbər agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, ayrılmadan əvvəl hər iki ölkənin liderləri hədiyyələr mübadiləsi aparıblar.

Putin Prabovo Subiantoya samovar hədiyyə edib, İndoneziya prezidenti isə qarşılığında ona batiklə boyanmış gül vazası və Yava məbəd kompleksi Borobudurun miniatürünü hədiyyə edib.

Agentlik qeyd edir ki, hər iki lider hədiyyələrə görə bir-birinə təşəkkür ediblər. 

Seçilən
6
ucnoqta.az

1Mənbələr