AZ

İran siyahı hazırladı: BMT yə göndərdi 5 ölkədən tələbi var

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

İran ərəb ölkələrindən təzminat tələb edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın BMT-dəki səfiri Əmir Səid İrəvani təşkilatın baş katibi Antonio Quterreşə məktub ünvanlayıb.

Rəsmi Tehran Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və İordaniyanın müharibə zamanı İrana dəyən ziyana görə kompensasiya ödəməli olduğunu bildirib.

Qeyd olunur ki, sözügedən beş ölkə öz ərazilərinin İrana hücum üçün istifadəsinə icazə verməyə son qoymalıdır:

“Onlar İrana qarşı beynəlxalq öhdəliklərini pozub və buna görə beynəlxalq məsuliyyət daşıyırlar. Bu ölkələr İrana dəyən bütün maddi və mənəvi ziyana görə təzminat ödəməlidirlər”.

İran Təhlükəsizlik Şurası adı çəkilən dövlətlərin öz ərazilərindən istifadə etdiyini göstərən dəlillər də təqdim edib.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
globalinfo.az

1Mənbələr