AZ

Telefon qadağan edilib, gərginlik yaşanıb, səhərə yaxın...

ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda tərəflər razılığa yaxın olsalar da, sonda etimadsızlıq səbəbindən razılaşma ləğv edilib.

Publika.az xəbər verir ki, görüşün təfərrüatları ilə bağlı “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Amerika tərəfi İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair zəmanətdə israr edib. İranlılar isə öz növbəsində Vaşinqtonun niyyətlərinə etibar etməyiblər.

Danışıq iştirakçılarından biri bildirib ki, tərəflər həllolunmaz fikir ayrılıqları ilə qarşılaşmazdan əvvəl hər şeyi 80 faiz razılaşdırıblar.

Danışıqlar gərgin və düşmənçilik atmosferində keçib. Əsas zalda telefonlar qadağan edilib və bu da nümayəndələri rəhbərliklə əlaqə saxlamaq üçün dəhlizə çıxmağa məcbur edib.

Seçilən
15
publika.az

1Mənbələr