AZ

Dünya bazarında neftin qiyməti düşür

Neft qiymətləri Vaşinqton və Tehranın münaqişənin həlli üçün danışıqları bərpa edə biləcəyi gözləntiləri fonunda düşür.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında iyun ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,47 dollar (1,48%) az olmaqla 97,89 dollar/barel təşkil edib. Bazar ertəsi günü bu müqavilələr 4,16 dollar (4,4%) artaraq 99,36 dollar/barel olub.

Nyu-York Ticarət Birjasında (NYMEX) WTI markalı xam neftin may fyuçerslərinin qiyməti 2,33 dollar (2,35%) azalaraq bir barel üçün 96,75 dollara düşüb. Onların qiyməti əvvəlki sessiyada 2,51 dollar (2,6%) artaraq bir barel üçün 99,08 dollara düşüb.

Seçilən
16
banco.az

1Mənbələr