Bakı.Trend:
Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” hotelininfəaliyyəti dayandırılıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti XidmətindənTrend-ə verilənməlumata görə, hoteldə keçirilən yoxlama zamanı yanğıntəhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Belə ki:
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tamquraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının QuraşdırılmasıQaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədənelektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel vənaqillərin izolyasiyasının gərginliyə qarşı müqavimətiölçülməyib;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib vədaxili yanğın kranları nasazdır;
- obyektin mətbəxində tavan hissələri yanar material olanlambirlə üzlənilib;
- yanğınsöndürmə avtomobillərinin yanğın su hovuzuna sərbəst yanalaraq su götürməsi üçün hovuz bərk örtüklü müvafiq meydança ilətəmin edilməyib, hovuza yaxınlaşmaq üçün hərəkət istiqamətinigöstərən müvafiq lövhə quraşdırılmayıb:
- obyektin qazanxana və nasosxana otaqlarına yanar materiallaryığılıb;
- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
- yanğın zamanı insanların təxliyəsi üçün köçürmə planı tərtibolunmayıb;
- obyektin tüstü bacası təmizlənməyib;
- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunmayıb.
Qeyd olunanları nəzərə alaraq Şabran rayonu, Rəhimli kəndindəyerləşən “Bağçalı” hotelinin fəaliyyətinin dayandırılması barədəqərar qəbul olunub.