AZ

İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik - Vens



ABŞ administrasiyası İrana qarşı həyata keçirilən hərbi əməliyyatın məqsədlərinə nail olunduğunu və münaqişənin mərhələli şəkildə başa çatdırılmasının mümkün olduğunu hesab edir.

aia.az xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens “Fox News” telekanalına müsahibəsində bildirib.

“Mən həqiqətən hesab edirəm ki, məqsədlərimizə çatdığımız bir mərhələdəyik. Artıq gərginliyin azaldılmasına başlaya bilərik”, – deyə o qeyd edib.

Vitse-prezident əlavə edib ki, prosesin danışıqlar yolu ilə yekunlaşmasını daha məqsədəuyğun hesab edir: “Bu prosesi uğurlu danışıqlarla başa vurmağa üstünlük verərdim”.

aia.az



Seçilən
6
7
aia.az

8Mənbələr