AZ

Çempionlar Liqasında yarımfinalçılar müəyyənləşir: “Atletiko Madrid” “Barselona”ya, “Liverpul” PSJ-yə qarşı

BAKI, 14 aprel. TELEQRAF

Bu gün UEFA Çempionlar Liqasında 1/2 final mərhələsinin ilk iştirakçıları bəlli olacaq.

Teleqraf xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

İspaniya təmsilçiləri “Atletiko Madrid” və “Barselona” üz-üzə gələcək.

İngiltərənin “Liverpul” klubu Fransa təmsilçisi PSJ-ni qəbul edəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi

14 aprel

23:00, “Atletiko Madrid” (İspaniya) - “Barselona” (İspaniya)

ilk oyun 2:0

23:00.“Liverpul” (İngiltərə) - PSJ (Fransa)

ilk oyun 0:2.

Qeyd edək ki, digər qarşılaşmalar aprelin 15-də baş tutacaq.

Seçilən
14
50
teleqraf.com

10Mənbələr