AZ

Alimlərdən həyəcan təbili: Balinalar təhlükə altındadır

İqlim dəyişiklikləri nəticəsində boz balinalar adi miqrasiya marşrutlarından kənara çıxaraq San-Fransisko körfəzinə daxil olur və burada gəmilərlə toqquşmalar səbəbindən tələf olurlar.

AzEdu.az xəbər verir ki, "Frontiers in Marine Science" jurnalında dərc olunan araşdırmaya görə, körfəzdə müşahidə edilən balinaların təxminən 20 faizi sonradan ölüb.

Alimlər bildirirlər ki, Arktikada istiləşmə bu heyvanların qida bazasını zəiflədir və nəticədə onlar yeni ərazilərdə qida axtarmağa məcbur qalırlar. Tarixən onların marşrutuna daxil olmayan San-Fransisko körfəzi zəifləmiş balinalar üçün müvəqqəti dayanacağa çevrilib.

Tədqiqatçılar qeyd edirlər ki, 2018-2025-ci illər üzrə təhlil zamanı bölgədə 114 balina qeydə alınıb və onların yalnız az hissəsi sonrakı illərdə yenidən müşahidə olunub.

Hesabata əsasən, həmin dövrdə regionda ölən 70 balinadan 30-u gəmilərlə toqquşma nəticəsində həlak olub. Araşdırma müəllifləri gəmilərin sürətinin azaldılması, marşrutların dəyişdirilməsi və ekipajların maarifləndirilməsi kimi tədbirlərin vacibliyini vurğulayırlar.

Seçilən
23
azedu.az

1Mənbələr