AZ

Gəncədə avtomobil yandı - FOTO

Gəncədə avtomobil qəfil alışıb.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində baş verib.

İlkin məlumata əsasən, Xəyalə Camalovaya məxsus “VAZ-2107” markalı avtomobil yanmağa başlayıb.

Hadisə yerinə 2 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb olunsa da, şahidlərin sözlərinə görə, yanğın onların hadisə yerinə çatmasınadək söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
14
bizim.media

1Mənbələr