AZ

Nyukasl Mançester Yunayted in yarımmüdafiəçisinə elçi düşüb

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarte "Nyukasl"ın maraq dairəsindədir. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, "sağsağanlar" bir müddətdir ki, 25 yaşlı futbolçunu izləyir və yay "transfer pəncərəsi"ndə keçidi yekunlaşdırmaq niyyətindədirlər.

Bir müddət əvvəl mətbuatda uruqvaylı futbolçunun bu yay "Mançester Yunayted"dən ayrılmaq istədiyi barədə xəbərlər yayılıb. Klub rəhbərliyi onun getmək istəyindən xəbərdardır. "Qırmızı şeytanlar" yarımmüdafiəçini 40 milyon avroya satmağa hazırdır.

Uruqvaylı futbolçunun agenti onu "Yuventus", "Milan" və "Napoli"yə də təklif edib.

Qeyd edək ki, Uqarte 2024-cü ilin avqustunda PSJ-dən "Mançester Yunayted"ə keçib. Bu mövsüm yarımmüdafiəçi 24 oyunda meydana çıxsa da, heç nə ilə yadda qalmayıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
sport24.az

1Mənbələr