AZ

Rubio İsrail-Livan danışıqlarında iştirak edəcək

ABŞ dövlət katibi Marko Rubio bu gün İsrail və Livan arasında birbaşa danışıqlarda iştirak edəcək.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, ABŞ-ı Amerika paytaxtında keçiriləcək danışıqlarda Dövlət Departamentinin müşaviri Mayk Nidhem və ABŞ-ın Livandakı səfiri Mişel İssa da təmsil edəcək. İsrail və Livan səfir səviyyəsində təmsil olunacaq.

Bir müddət əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu şiə hərəkatı Hizbullahın tərksilah edilməsi və münaqişənin "mümkün qədər tez" həlli ilə bağlı Livanla birbaşa danışıqlara başlamağı əmr etdiyini açıqlamışdı.

Musavat.com

 

Seçilən
22
1
musavat.com

4Mənbələr