AZ

İranda inflyasiya 180%-ə yaxınlaşdı...- Bərpa 12 il çəkəcək...-RƏSMİ

İran Mərkəzi Bank prezident Məsud Pezeşkiana iqtisadi tənəzzül barədə məlumat çatdırıb.
 
Moderator.az bu haqda "Azad İran" telegram-kanalına istinadla məlumat yayıb.
 
“Iran International” agentliyinin aldığı məlumatlar göstərir ki, İslam Respublikası Mərkəzi Bankının rəsmiləri hökuməti mövcud vəziyyətin davam edəcəyi təqdirdə inflyasiya səviyyəsinin 180 faizə çatacağı və ölkədə işsizlik səviyyəsinə 2 milyon nəfərin əlavə olunacağı barədə xəbərdar ediblər.
 
Mərkəzi Bank hökumətə ölkənin müharibədən sonrakı iqtisadi vəziyyətinin "çox ağır" olduğunu və "şərait normallaşsa belə", İranda iqtisadiyyatın yenidən qurulmasının 12 il çəkəcəyini bildirib.
 
Məlumatlı mənbələr bildirib ki, İran Mərkəzi Bankının sədri Əbdünnaser Hemməti  prezident Məsud Pezeşkiana ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün ABŞ ilə razılığa gəlməyin və internet məhdudiyyətlərini aradan qaldırmağın vacibliyini çatdırıb.
 
S.Laçın
Seçilən
36
1
moderator.az

2Mənbələr