Bakı. Trend:
“Əl-Nəsr”in və Portuqaliya millisinin 41 yaşlı hücumçusuKriştiano Ronaldo 2030-cu il dünya kubokunda iştirak etmək ehtimalıbarədə danışıb.
Trend xəbər verir ki, 2030-cudünya çempionatına ev sahibliyi edən ölkələrdən biri də Portuqaliyaolacaq.
“Mən 2030-cu il dünya çempionatında oynamaq imkanından əlçəkməmişəm. 41 yaşımda hər həftə qol vururam, ona görə də bəlkədaha dörd il oynaya bilərəm”, - deyə DAZN sosial mediada Ronaldonunsözlərini sitat gətirib.
2030-cu il dünya çempionatı 6 ölkədə keçiriləcək: Uruqvay,Argentina və Paraqvay açılış matçlarına ev sahibliyi edəcək,turnirin əsas hissəsi isə İspaniya, Portuqaliya və Mərakeşdəkeçiriləcək. Portuqaliyanın dünya çempionatında hazırkı ən yaxşınəticəsi 1966-cı ildə üçüncü yerdir.