AZ

Uşaqların yalan danışmağının qarşısını almağın maraqlı yolu tapıldı

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Uşaqları yalandan uzaq tutmaq üçün onlara yalan danışmağa icazə vermək kifayətdir. "Developmental Science" jurnalında dərc olunan yeni araşdırma azyaşlıların davranışları ilə bağlı gözlənilməz faktı ortaya çıxarıb.Psixoloqlar müəyyən ediblər ki, valideynlər və ya böyüklər uşağa yalan danışmağın mümkün olduğunu dedikdə, onlar dürüst qalmağa daha çox meyil göstərirlər.Sinqapurda 3-7 yaşlı uşaqlar arasında aparılan təcrübə zamanı onlara stəkanların altında gizlədilən stikerlərlə bağlı oyun təklif olunub. Qalib gəlmək üçün uşaqlar yalan danışmalı idilər. Təcrübənin bir hissəsində uşaqlara əvvəlcədən "bu oyunda qalib gəlmək üçün yalan danışa bilərsən" deyilib. Nəticələr göstərib ki, icazə verilən qrupdakı uşaqlar digərlərinə nisbətən daha az yalana əl atıblar.Mütəxəssislər bunu bir neçə səbəblə izah edirlər. Birincisi, uşağa "adətən yalan danışmaq pisdir, amma indi olar" dedikdə, onun beynində mənəvi dəyərlər daha da güclənir. İkincisi isə uşaqlar böyüklərin onlardan nə gözlədiyini tapmağa çalışırlar. Onlar elə düşünürlər ki, bu icazə əslində dürüstlük imtahanıdır və doğru olanı seçirlər.Bu araşdırma sübut edir ki, uşaqların davranışları təkcə qazanmaq həvəsi ilə deyil, həm də daxili etik qaydalarla idarə olunur. Hətta kiçik yaşlarda belə uşaqlar mənəviyyat və qaydalar arasındakı fərqi hiss edə bilirlər. Bir sözlə, uşağa yalanı qadağan etmək əvəzinə, dürüstlüyün mənəvi tərəfini vurğulamaq daha effektli nəticə verir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
demokrat.az

1Mənbələr