AZ

Vitse-prezident: ABŞ İranın Hörmüz boğazını tam açmasını gözləyir

BAKI, 14 aprel. TELEQRAF

ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqtonun İranın Hörmüz boğazını tam şəkildə açacağını gözlədiyini bildirib.

Teleqraf xəbər verir ki, o, mövcud vəziyyətin davam edəcəyi təqdirdə bunun danışıqlar prosesinə ciddi təsir göstərəcəyini vurğulayıb.

Məlumata görə, Vens bildirib ki, Hörmüz boğazında mövcud məhdudiyyətlərin qalması ABŞ-İran münasibətlərində danışıqların gedişini “fundamental şəkildə dəyişə bilər”.

Qeyd olunur ki, bu məsələ tərəflər arasında aparılan müzakirələrin əsas mövzularından biri olaraq qalır.

Seçilən
54
50
teleqraf.com

10Mənbələr