AZ

19 yaşlı hücumçu üçün mübarizə aparacaq - Premyer Liqadan iki klub

“Bornmut”un hücumçusu Eli Junior Krupi İngiltərə Premyer Liqasının top-klublarının diqqət mərkəzinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı forvardı transfer etmək üçün “Liverpul” və “Çelsi” yarışa qoşulub.

“Bornmut”un fransalı futbolçu üçün 60 milyon funt-sterlinq (təxminən 69 milyon avro) tələb edəcəyi bildirilir. Onun hazırkı bazar dəyəri isə “transfermarkt” tərəfindən 40 milyon avro olaraq qiymətləndirilir.

Krupi bu mövsüm Premyer Liqada 27 oyunda iştirak edib, 10 qol vurub. O, son matçlarda “Arsenal”la “Mançester Yunayted”in qapılarına da yol tapmağı bacarıb.

Seçilən
55
sportinfo.az

1Mənbələr