AZ

Bu ölkədə NATO-dan çıxmaq üçün referendum keçiriləcək

Sloveniya Milli Assambleyanın sədri Zoran Stevanoviçin irəli sürdüyü təşəbbüsə əsasən, NATO-dan çıxmaqla bağlı referendum keçirməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Stevanoviç özü məlumat yayıb.

"Biz xalqa NATO-dan çıxmaqla bağlı referendum vəd etmişik", - deyə o bildirib.

Stevanoviç qeyd edib ki, Sloveniya müstəqil və suveren siyasət yürütməli və bütün ölkələrlə, "xüsusilə də böyük dövlətlərlə" əməkdaşlıq etmək niyyətindədir.

Seçilən
25
unikal.az

1Mənbələr