Türkiyənin Antalya şəhərində 17 yaşadək (U-17) güləşçilər arasında start götürən ənənəvi “Zəfər Kuboku”nun ilk günü komandamız üçün uğurlu keçib.

Offsideplus.az xəbər verir ki, turnirin debüt günündə Azərbaycan pəhləvanları ümumilikdə 4 medal qazanıblar.

Sərbəst güləş yarışlarında 51 kq çəki dərəcəsində çıxış edən İbrahim Həsənov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yunan-Roma güləşi üzrə yığmamız isə günü bir dəst medalla tamamlayıb. Əli Məmmədov (71 kq) turnirin qızıl medalına sahib olduğu halda, 51 kq çəki dərəcəsində Hüseyn Mustafazadə gümüş, İlkin Qurbanov isə bürünc medalı aktivinə yazdırıb.