İngiltərənin "Çelsi" klubu Premyer Liqadakı ilk mövsümündə parlaq çıxışı ilə yadda qalan "Sanderlend"in qapıçısı Robin Rufsu transfer etməyə hazırlaşır.
Moderator.az xəbər verir ki, London təmsilçisi transfer dəyəri 25 milyon avro olaraq qiymətləndirilən 23 yaşlı niderlandlı qolkiperi rənglərinə bağlamaq üçün artıq hərəkətə keçib.
Öz növbəsində, "Sanderlend" rəhbərliyi yay transfer pəncərəsində komandanın digər mövqelərini gücləndirmək məqsədilə bu gəlirli satışın reallaşmasına müsbət yanaşır.
Qeyd edək ki, Robin Rufs cari mövsüm ərzində meydana çıxdığı 29 qarşılaşmada qapısından 34 top buraxıb və 9 matçda çərçivəni toxunulmaz saxlamağı bacarıb.
