AZ

Karluş Keyroş Qana millisinin baş məşqçisi təyin olunub

Bakı, 13 aprel, AZƏRTAC

Futbol üzrə Qana millisinin yeni baş məşqçisi məlum olub.

AZƏRTAC xəbər verir ki, bu vəzifəyə portuqaliyalı tanınmış mütəxəssis Karluş Keyroş gətirilib. Onun son iş yeri Oman yığması olub.

Qana millisi futbol üzrə dünya çempionatının final mərhələsində Panama, İngiltərə və Xorvatiya ilə eyni qrupda mübarizə aparacaq.

Seçilən
32
1
azertag.az

2Mənbələr