ABŞ prezidenti Donald Tramp İran ətrafında tətbiq edilən dəniz blokadasının əsas hədəflərindən birinin Tehranın yenidən danışıqlar masasına qayıtmasına məcbur etmək olduğunu bildirib.
Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, Vaşinqton bu addımı yalnız hərbi-strateji məqsədlərlə deyil, həm də diplomatik təzyiq aləti kimi qiymətləndirir. ABŞ lideri vurğulayıb ki, blokada İranı kompromisə məcbur etmək üçün nəzərdə tutulub.
O əlavə edib ki, bu prosesdə Vaşinqton tək deyil. Onun sözlərinə görə, bəzi müttəfiq və tərəfdaş ölkələr də İrana qarşı dəniz blokadasında iştirak edəcək.
Tramp həmin dövlətlərin adlarının yaxın vaxtlarda – ehtimal ki, sabah açıqlanacağını da qeyd edib.
Musavat.com