AZ

Daimi smartfon istifadəsi beynin boz maddəsini azaldır – XƏBƏRDARLIQ

Smartfonların həddindən artıq istifadəsi beynin boz maddəsini azaldır.

İnterpress.az xəbər verir ki, bu barədə elmi araşdırma mərkəzi məlumat yayıb.

Aparılan neyrovizualizasiya araşdırmaları smartfonlardan həddindən artıq istifadənin insan beyninin fəaliyyətində və strukturunda ciddi dəyişikliklərə səbəb olduğunu göstərib.

Mütəxəssislər bildirirlər ki, smartfon asılılığı beyində zövq, özünə nəzarət və emosiyalarla cavabdeh olan sistemlərə mənfi təsir göstərir.

Tədqiqatlara görə, smartfonlardan problemli şəkildə istifadə edən insanlarda impulsları idarə etməyə və diqqəti cəmləməyə kömək edən beyin zonalarının fəaliyyəti zəifləyir.

Bunun əvəzində, beyin smartfon siqnallarına, xüsusən də bildirişlərə qarşı daha həssas olur ki, bu da narkotik asılılığında olduğu kimi mexanizmləri işə salır.

Alimlər hesab edirlər ki, bu prosesdə sosial faktorlar – daim əlaqədə olmaq hissi, bəyənilmə arzusu və “nəyisə qaçırmaq qorxusu” (FOMO) əsas rol oynayır.

Mütəxəssislər vurğulayırlar ki, bu dəyişikliklər hər cür istifadəyə deyil, yalnız həddindən artıq və nəzarətsiz istifadəyə aiddir.

Hazırda elm adamları beyindəki bu dəyişikliklərin asılılığın səbəbi, yoxsa nəticəsi olduğunu dəqiq müəyyənləşdirmək üçün araşdırmalarını davam etdirirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
37
interpress.az

1Mənbələr