AZ

Çin Hörmüzdə geri çəkilmir: Pekin ABŞ-yə açıq xəbərdarlıq etdi

Çin körfəz bölgəsində hərbi-dəniz mövcudluğunu gücləndirəcəyini və öz ticarət gəmilərini müşayiət edəcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Li Jian bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Pekin Hörmüz boğazı üzərindən daşımaları davam etdirəcək və İranla bağlanmış enerji müqavilələrini yerinə yetirməkdə qərarlıdır.

Onun sözlərinə görə, Çin donanması bölgədə fəaliyyətini genişləndirəcək və Çin bayrağı altında üzən gəmilərin təhlükəsizliyini təmin etmək üçün müşayiət tədbirləri görəcək. Rəsmi Pekin eyni zamanda ABŞ-yə xəbərdarlıq edərək bildirib ki, Çin gəmilərinə hər hansı müdaxilə qəbuledilməz hesab olunacaq.

 

Musavat.com

Seçilən
18
50
musavat.com

10Mənbələr