AZ

ÇİN İRAN VƏ ABŞ ARASINDA ATƏŞKƏSİ DƏSTƏKLƏYİR » AzadMedia.az

ÇİN

Çin İran və ABŞ arasında əldə olunan müvəqqəti atəşkəs razılaşmasını alqışlayıb.

Bu barədə Sinxua agentliyi məlumat yayıb. Bildirilib ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin tərəflərin atəşkəs barədə razılığa gəlməsini müsbət qiymətləndirib.

Onun sözlərinə görə, Pekin münaqişənin diplomatik yollarla həllini dəstəkləyir və bu istiqamətdə vasitəçilik səylərini yüksək qiymətləndirir. Çin xüsusilə Pakistan kimi ölkələrin bu prosesdə oynadığı rolu qeyd edib.

Rəsmi Pekin regionda gərginliyin azaldılması və sabitliyin təmin olunması üçün dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.

Seçilən
1
1
azadmedia.az

2Mənbələr