AZ

Macarların yeni lideri mesaj verdi: Rusiya ilə əlaqə qalır, Ukrayna planları rədd edildi

Macarıstanda seçki birincisi olmuş Peter Macar ilk açıqlamaları ilə ölkənin siyasi kursuna aydınlıq gətirib.

Musavat.com xəbər verir ki, Macar Budapeştin Rusiya ilə enerji əməkdaşlığını davam etdirəcəyini bildirib və ölkəsinin Rusiyadan neft alışını dayandırmayacağını açıqlayıb.

O, eyni zamanda Avropa İttifaqının Ukraynaya 90 milyard avro həcmində kredit ayırması təşəbbüsünü dəstəkləmədiyini vurğulayıb. Onun sözlərinə görə, bu addım Macarıstanın maraqlarına uyğun deyil.

Macar Ukraynanın Avropa İttifaqına sürətlə qəbul olunması ideyasına da qarşı çıxıb. O qeyd edib ki, müharibə vəziyyətində olan bir ölkənin Aİ-yə üzv qəbul edilməsi “tamamilə absurddur”.

Diplomatik münasibətlərə toxunan hökumət başçısı bildirib ki, Rusiya prezidenti Vladimir Putin əlaqə saxlayarsa, cavab verəcək, lakin özü təşəbbüs göstərməyəcək. Bununla yanaşı, o, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşərək münasibətləri normallaşdırmaq niyyətində olduğunu deyib.

ABŞ-la münasibətlərə gəldikdə isə Macar qeyd edib ki, Donald Tramp və ya Vaşinqton administrasiyası əlaqə qurarsa, Macarıstan dialoqa hazır olacaq.

Musavat.com

Seçilən
34
musavat.com

1Mənbələr