AZ

Bakıda binaların zirzəmisi çirkli sularla doludurVİDEO

Binaların zirzəmisi su ilə doludur.

Xezerxeber.az xəbər verir ki, kadrlar paytaxtın Xətai rayonu Açıq Əlsəgər küçəsində yerləşən binalardandır. Belə ki, ərazidə yerləşən 9 mərtəbəli binaların bəzilərinin zirzəmisi çirkli sularla dolub, bu səbəblə bina sakinləri həm yayılan qoxu, həm ağcaqanad, həm də natəmizlikdən narazılıq edirlər.

Sakinlər deyirlər ki, ərazidəki problemdən aidiyyəti qurumlar da xəbərdardır. Su çəkilir, təmizlənir, lakin qısa müddət sonra eyni vəziyyət yenə təkrarlanır.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən ünvana Xətai Sukanal İdarəsinin qəza briqadası cəlb edilib. Tullantı su xəttində tutulma aradan qaldırılıb. Binanın kanalizasiya xətləri yoxlanılır, hər hansı axıntı aşkar edilərsə müvafiq işlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
19
xezerxeber.az

1Mənbələr