Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Kambocanın milli simvoluna çevrilmiş minatəmizləyən siçovul Maqavanın heykəli ucaldılıb.
“Cebheinfo.az” xəbər verir ki, Belçikanın Apopo yardım təşkilatı tərəfindən təlim keçərək 2016-cı ildə Kambocaya aparılan Maqava beş illik karyerası ərzində 100-dən çox mina və digər partlayıcıları qoxulayaraq aşkar etmişdi.
O, xidmət müddəti boyunca ümumilikdə 20 futbol meydançasına bərabər olan 141 min kvadratmetr ərazini təmizləyib.
Həmçinin, Maqava, cəmi 20 dəqiqəyə tennis kortu boyda ərazini yoxlaya bilirdi.
Qəhrəmanlığına görə o, qızıl medalla təltif olunub. 8 yaşına qədər yaşayan Maqava 2022-ci ildə ölüb.
Onun heykəli Beynəlxalq Mina Maarifləndirilməsi Günündə Siem Reap şəhərində açılıb.
Qeyd edək ki, BMT-nin məlumatına görə, mina təhlükəsi Kamboca üçün hələ də aktual olaraq qalır. Bir milyondan çox insan mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərdə işləməyə və yaşamağa davam edir.
Əfsanə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.