AZ

Bu idman növündə ruslara “yaşıl işıq”: Bütün qadağalar ləğv edildi

Beynəlxalq Su İdman Növləri Federasiyasının (World Aquatics) bayrağı altında keçirilən yarışlarda Rusiya idmançılarına tətbiq olunan bütün məhdudiyyətləri aradan qaldırıb.

Publika.az xəbər verir ki, bundan sonra rusiyalı idmançılar təşkilatın himayəsi altında keçirilən yarışlarda bayraq və himn ilə çıxış edə biləcəklər. Lakin bunun üçün onlar ən azı dörd ardıcıl antidopinq yoxlamasından uğurla keçməlidirlər.

Bundan əlavə, Rusiya təşkilatda tamhüquqlu üzvlüyünü də bərpa edib.

Seçilən
18
publika.az

1Mənbələr