AZ

“ABŞ qüvvələri İran limanlarına giriş çıxışı bloklayacaq” CENTCOM

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayaraq bildirib ki, bazar ertəsi Tehran vaxtı ilə saat 17:30-dan etibarən İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatı bloklanacaq.

CENTCOM-un məlumatına görə, blokada İranın Fars körfəzi və Oman körfəzində yerləşən limanları da daxil olmaqla, bütün sahil ərazilərinə şamil ediləcək və İran limanlarına gedən və ya oradan çıxan bütün ölkələrin gəmilərinə qarşı qərəzsiz şəkildə tətbiq olunacaq.

Eyni zamanda qeyd olunub ki, ABŞ qüvvələri Hörmüz boğazından İran xaricindəki limanlara hərəkət edən gəmilərin naviqasiya azadlığına mane olmayacaq.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
azpolitika.info

1Mənbələr