AZ

Müasir təhsildə innovativ modellər və dəyəryönümlü yanaşma təlim

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji İnkişaf Mərkəzində tanınmış baş redaktor və təhsil tədqiqatçısı Böyükağa Mikayıllının iştirakı ilə “Müasir təhsildə innovativ modellər və dəyəryönümlü yanaşma” mövzusunda seminar keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Seminarın açılışında çıxış edən ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva bildirib ki, müasir təhsilin keyfiyyəti yalnız akademik nəticələrlə deyil, eyni zamanda, dəyərlərə əsaslanan, şəxsiyyətyönümlü və elmi əsaslı yanaşmaların tətbiqi ilə müəyyən olunur.

Tədbirdə müasir təhsilin yenilənməsi, beynəlxalq innovativ modellərin milli-mədəni kontekstdə tətbiqi, eləcə də gələcək kadr hazırlığında yeni yanaşmalar müzakirə olunub. Çıxışda Norveç, Böyük Britaniya, Reggio Emiliya, Suzuki, Makoto Siçida və Masaru İbuka kimi qabaqcıl təcrübələrə, həmçinin PERMA, CASEL, RULER və Dalton Planı yanaşmalarına toxunulub.

Böyükağa Mikayıllı qeyd edib ki, əsas məqsəd beynəlxalq modelləri olduğu kimi tətbiq etmək deyil, onları milli-mədəni reallığa uyğunlaşdırmaqdır.

Seminar qarşılıqlı müzakirə formatında davam edib və sonda dəyəryönümlü məktəbəqədər təhsilin uşağın gələcək uğurunda mühüm rol oynadığı vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
azertag.az

1Mənbələr