Azərbaycan II Liqasında 22-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, turun ilk günündə 3 oyun keçirilib.
Əvvəlcə "Araz Saatlı" "Göygöl"ü qəbul edib. Qonaqlar əzmkar qələbə qazanıblar.
“Ağdaş” öz meydanında “Kür-Araz”ı məğlub edibsə, "Şəmkir" - "Şirvan" matçının taleyini 1 qol həll edib. Şirvanlılar 3 xala sevinən tərəf olublar
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
Azərbaycan II Liqası
XXII tur
13 aprel
“Araz Saatlı” – “Göygöl” 1:2
Qol: E.Xəlilli, 9. - F.Məmmədov, 82-pen. Ü.Cəlilov, 84.
“Ağdaş” – “Kür-Araz” 1:0
Qol: E.Süleymanov, 76-pen.
“Şəmkir” – “Şirvan” 0:1
Qol: E.Xəlilov, 88.