AZ

II Liqa: "Göygöl"dən əzmkar qələbə, "Ağdaş"a 1 qol bəs etdi

Azərbaycan II Liqasında 22-ci tur start götürüb. 

Fanat.Az xəbər verir ki, turun ilk günündə 3 oyun keçirilib.

Əvvəlcə "Araz Saatlı" "Göygöl"ü qəbul edib. Qonaqlar əzmkar qələbə qazanıblar.

“Ağdaş” öz meydanında “Kür-Araz”ı məğlub edibsə, "Şəmkir" - "Şirvan" matçının taleyini 1 qol həll edib. Şirvanlılar 3 xala sevinən tərəf olublar

Qeyd edək ki, tura sabah yekun vurulacaq. 

Azərbaycan II Liqası
XXII tur
13 aprel 

“Araz Saatlı” – “Göygöl” 1:2
Qol
: E.Xəlilli, 9. - F.Məmmədov, 82-pen. Ü.Cəlilov, 84.

“Ağdaş” – “Kür-Araz” 1:0
Qol
: E.Süleymanov, 76-pen.

“Şəmkir” – “Şirvan” 0:1
Qol:
E.Xəlilov, 88.

 

Seçilən
13
1
fanat.az

2Mənbələr