ABŞ-ın Hörmüz boğazına yönəlik tətbiq etdiyi blokada saat 18:00 etibarilə başlayıb.
Heftelik.az xəbər verir ki, ABŞ donanması İranın icazəsi ilə Hörmüz boğazından keçən gəmilərə qarşı əməliyyatlar aparacağını bildirib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl İrana keçid haqqı ödəyən gəmilərə müdaxilə ediləcəyini açıqlamışdı.
ABŞ Prezidenti Donald Tramp blokadaya digər ölkələrin də dəstək verəcəyini bəyan etsə də, hələlik heç bir ölkə yük gəmiləri və tankerlərə qarşı əməliyyatlarda iştirak edəcəyini elan etməyib. Digər tərəfdən, Böyük Britaniya Hörmüz boğazında mina təmizləmə işlərinə donanması ilə dəstək verəcəyini bildirib.