AZ

Macarıstan Rusiya nefti almağa davam edəcək - Peter Madyar

Macarıstan hakimiyyəti Rusiya nefti almağa davam edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə parlament seçkilərində qalib gəlmiş Macarıstanın "Tisa" partiyasının lideri Peter Madyar bildirib.

"Macarıstan Rusiya neftinin alınmasını dayandırmayacaq", - o deyib.

Madyar qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərinin ləğv ediləcəyinə ümid edir.

O, həmçinin bildirib ki, Aİ ölkələrinin liderləri ilə Ukraynaya 90 milyard avro məbləğində kreditin verilməsini müzakirə etməyi planlaşdırır.

Bununla yanaşı, o əlavə edib ki, Ukraynanın Aİ-yə daxil olmasına qarşıdır.

Qeyd edək ki, Macarıstanda parlament seçkiləri aprelin 12-də keçirilib və orada rekord seçici fəallığı qeydə alınıb. Seçkilərdə müxalif "Tisa" partiyası parlamentdəki 199 yerdən 138-ni, hakim "Fides" partiyası isə cəmi 55 yer qazanıb.


Telegram kanalımız
Seçilən
30
2
yenisabah.az

5Mənbələr