Macarıstan hakimiyyəti Rusiya nefti almağa davam edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə parlament seçkilərində qalib gəlmiş Macarıstanın "Tisa" partiyasının lideri Peter Madyar bildirib.
"Macarıstan Rusiya neftinin alınmasını dayandırmayacaq", - deyə o bildirib.
Madyar qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərinin ləğv ediləcəyinə ümid edir.
Qeyd edək ki, Macarıstanda parlament seçkiləri aprelin 12-də keçirilib. Seçkilərdə müxalif "Tisa" partiyası parlamentdəki 199 yerdən 138-ni, hakim "Fides" partiyası isə cəmi 55 yer qazanıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta