AZ

“YAŞAT” Fondu şəhid Fizuli Məmmədovun ailəsinə dəstək göstərib

Bakı, 13 aprel, AZƏRTAC

“YAŞAT” Fondu dəstək tədbirlərini davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fond şəhid Fizuli Məmmədovun ailəsinə dəstək göstərib.

Bildirilib ki, şəhidin övladları - Fatimə və Zəhra fondun vəsaiti hesabına Gəncədə, Xəzər Universiteti Dünya Məktəbində təhsil alırlar.

Seçilən
31
1
azertag.az

2Mənbələr